• çərşənbə, 24 Aprel, 08:42
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib

24.04.18 09:50 591
Prezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevRusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoruSergey Narışkini qəbul edib.
APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.
Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
S. Narışkinİlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirib.
Təbriklərə görə minnətdarlığını bildirən prezidentİlham Əliyevhəm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd edib ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir.
banner

Oxşar Xəbərlər