• cümə, 29 Mart, 14:43
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı

11.01.21 22:00 421
Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olub. Görüş zamanı bir sıra məsələlərin müzakirəsi aparılıb. Azərbaycan və Rusiya Prezidentlərinin, eyni zamanda Ermənistanın baş nazirinin birgə görüşü əslində bir çox mətləblərə aydınlıq gətirmək üçün labüd idi və ona görə də reallaşdı. Görüşün nəticəsi olaraq növbəti bəyanat imzalandı. Bu bəyanatda da Prezident İlham Əliyev yenə də diktə edən tərəfdir və bundan sonrakı mərhələli müzakirə predmeti və ya predmetləri özündə əsasən 10 noyabr sənədində nəzərdə tutulan müddəaların həyata keçirilməsini ehtiva edəcək.
Kaspi.az-ın məlumatına görə, Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, bəyanatda Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək koridorun təmin edilməsi də daxil çox vacib məsələlər, detallar yer alır:
"Azərbaycan Ermənistanla müharibədə açıq üstünlüklə qalib gəlib, öz əzəli torpaqlarını geri qaytarıb. İndi artıq masada başqa şərtlər var və bir daha deyirəm. Həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident də açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik. Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas söz sahiblərindən biri Azərbaycandır".
Deputat bildirib ki, ən əsas məsələ isə budur ki, məlum üstün durumu, vəziyyəti Azərbaycan öz gücünə yaratdı. Hətta BMT-nin qətnamələrini də özü icra etdi. Nəhayətində isə Ermənistan məğlub oldu, kapitulyasiya aktını imzaladı. Bundan sonrakı bütün proseslərdə və mərhələlərdə də Azərbaycan daim qalib olacaq.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə qeyd edir ki, Moskva görüşü regionda əbədi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır:
"Bu baxımdan 2021-ci il yanvarın 10-da Rusiya paytaxtında imzalanan Bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir. Daha dəqiq desək, Moskva Bəyanatı 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin ardıcıllıqla həyata keçirilməsini özündə əks etdirir".
Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə xüsusi olaraq toxunub. Dövlət başçısı bəyan edib ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi.
Ümumilikdə bu bəyanat Azərbaycan Prezidentinin regionda yaratdığı yeni reallıqların sənəd üzərində təzahürüdür. Azərbaycan 10 noyabr bəyanatının dəqiqliklə icrasını tələb edir və buna nail oldu. Azərbaycanın diktesi ilə imzalanan 10 Noyabr bəyanatında nəzərdə tutulmuş məsələlər ardıcıllıqla ica olunur. (Trend)
banner

Oxşar Xəbərlər