• çərşənbə axşamı, 23 aprel, 14:02
  • Baku Bakı 24°C

Prezident İlham Əliyev Rəfiqə Əliyevanın qırx mərasimində iştirak edib

15.06.17 21:23 1073
Prezident İlham Əliyev Rəfiqə Əliyevanın qırx mərasimində iştirak edib
İyunun 15-də Heydər Məscidində akademik, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyevanın qırx mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidentiİlham Əliyevmərasimdə iştirak edib.
Mərasimdə mərhumun ruhuna "Quran” ayəsi oxunub.
Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib. Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.







banner

Oxşar Xəbərlər