• cümə, 29 Mart, 03:44
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev Peru səfirinin etimadnaməsini qəbul edib

10.06.18 12:02 868
Prezident İlham Əliyev Peru səfirinin etimadnaməsini qəbul edib
Bu gün Azərbaycan prezidentiİlham ƏliyevPeru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.
APA-nın məlumatına görə, səfir M.Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini Prezidentİlham Əliyevə təqdim edib.
M. M. K. Seoane Peru prezidenti Martin Viskarranın salamlarını dövlətimizin başçısına çatdırıb. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.Səfir Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu nəzərə çatdırıb.
Prezidentİlham Əliyevikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirib. Dövlət başsısı bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.
Dövlət başçısı Peru prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru prezidentinə çatdırmağı xahiş edib.
banner

Oxşar Xəbərlər