AZE | RUS | ENG |

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinə 13,5 milyon manat ayırıb

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinə 13,5 milyon manat ayırıb
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi məqsədilə ölkə ərazisində, eləcə də Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. Cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş və bir sıra iri layihələrin açılışını həyata keçirmişdir. Həmçinin ölkə başçısının imzaladığı müvafiq sərəncamlara əsasən gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10 milyon manat, "Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə 5 milyon manat, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə 30 milyon manat və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə 10 milyon manat vəsait Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılmışdır.
 
Sərəncamda qeyd edilir ki, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 13,5 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.
 
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000