AZE | RUS | ENG |


Prezident İlham Əliyev Novruz şənliyində iştirak edib - Fotolar

Prezident İlham Əliyev Novruz şənliyində iştirak edib - Fotolar
Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
 
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
 
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
 
Bahar qız dövlət başçısına səməni təqdim edib.
 
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
 
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
 
Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
 
Sonra prezidenti və xanımı Dənizkənarı Milli Parka gəliblər.
 
Onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
 
Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıb, "Novruz” yarmarkası ilə tanış olublar.































Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008