• çərşənbə axşamı, 19 mart, 14:26
  • Baku Bakı 8°C

Prezident İlham Əliyev Novruz şənliyində iştirak edib - Fotolar

18.03.17 11:30 2096
Prezident İlham Əliyev Novruz şənliyində iştirak edib - Fotolar
Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidentiİlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Bahar qız dövlət başçısına səməni təqdim edib.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Prezidentİlham ƏliyevNovruz tonqalını alovlandırıb.
Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Sonra prezidenti və xanımı Dənizkənarı Milli Parka gəliblər.
Onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Prezidentİlham Əliyevvə birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıb, "Novruz” yarmarkası ilə tanış olublar.






























banner

Oxşar Xəbərlər