• cümə axşamı, 25 aprel, 06:21
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşüb

19.07.18 20:15 719
Prezident İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşüb
Azərbaycan prezidentiİlham Əliyeviyulun 19-da Parisdə "Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb.

"Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. Prezidentİlham Əliyevməlumata görə təşəkkürünü bildirib.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.
banner

Oxşar Xəbərlər