• cümə, 29 Mart, 00:03
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri ilə görüşüb

14.02.20 12:06 1051
Prezident İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri ilə görüşüb
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, "Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.
banner

Oxşar Xəbərlər