• cümə axşamı, 28 mart, 15:26
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev Merkelə məktub göndərib

15.03.18 16:46 532
Prezident İlham Əliyev Merkelə məktub göndərib
Prezidentİlham ƏliyevAlmaniya Federativ Respublikasının Federal Kansleri, xanımAngela Merkelə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli xanım Federal Kansler!

Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
banner

Oxşar Xəbərlər