• cümə, 29 Mart, 01:41
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev Kosta Rika xarici işlər nazirini qəbul edib

29.11.17 12:16 2343
Prezident İlham Əliyev Kosta Rika xarici işlər nazirini qəbul edib
Prezidentİlham Əliyevnoyabrın 29-da Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

APA-nın məlumatına görə, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd edib. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirib ki, bu, ölkəsinin strateji qərarıdır. O, qeyd edib ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir.

Öz növbəsində, prezidentİlham Əliyevölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu deyib. Dövlət başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd edib və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün kifayət qədər imkanların olduğu vurğulanıb, bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər