Prezident İlham Əliyev Kamerun prezidentini təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevKamerunun prezidenti Pol Biyaya təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir:
"Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".