• çərşənbə axşamı, 23 aprel, 23:41
  • Baku Bakı 20°C

Prezident İlham Əliyev: “İxrac bazarlarının müəyyən edilməsi istiqamətində ciddi işlər aparılmalıdır”

10.07.16 21:03 1313
Prezident İlham Əliyev: “İxrac bazarlarının müəyyən edilməsi istiqamətində ciddi işlər aparılmalıdır”
"İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək və ixrac potensialımızı artırmaq gələcək faliyyətimiz üçün prioritet istiqamət olmalıdır. Bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevNazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı deyib ki, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur: "Ancaq biz gərək indi digər məhsullar üçün rəqabətə girək. Çünki indii dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər. Ona görə də bu bazarlara girmək üçün gərək böyük səylər göstərək.”.

Prezidentİlham Əliyevixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi barədə tapşırıqlar verib: "Ölkədə dərman istehsalına başlanılması, sənaye mərkəzlərinin yaradılması, bu il Mingəçevirdə yüngül sənaye müəssisənin təməlinin qoyulması, hər bir rayonun sənaye mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyi bundan sonra da davam etdirləcək”.

Dövlət başçısı zəruri ərzaq məhsulları ilə təminat, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm industriyasının yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlar verib: "Son illər Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən Formula-1 Avropa Qran-prisi ölkəmizdə turizmin inkişafına ciddi dəstək verib”

Bundan əlavə, prezidentİlham Əliyev"ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 "ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırıb, Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən prezidentİlham Əliyev2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.

banner

Oxşar Xəbərlər