• cümə axşamı, 28 mart, 18:18
  • Baku Bakı 13°C

İlham Əliyev İran Prezident Aparatının rəhbərini qəbul edib

04.06.18 11:15 696
İlham Əliyev İran Prezident Aparatının rəhbərini qəbul edib
Prezidentİlham Əliyeviyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, prezidentHəsən Ruhaninin Azərbaycana son səfərini məmnunluqla xatırlayıb və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin böyük önəm daşıdığını deyib.

Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin yeni dinamika aldığını qeyd edən prezidentİlham Əliyevuzun illər həll olunmamış məsələlərin birgə səylərlə həllini tapdığını bildirib: "Bu, onu göstərir ki, hər iki ölkədə əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var".

Dövlət başçısı Mahmud Vaezinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Mahmud Vaezi İran prezidentiHəsən Ruhaninin adından və öz adından dövlət başçısına böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

O bildirib ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir: "Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycanla İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir".

Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
banner

Oxşar Xəbərlər