Prezident İlham Əliyev İbrahimbəyovla bağlı sərəncam verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.M.İbrahimbəyovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilsin".