• cümə, 29 Mart, 14:12
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Həsən Ruhaniyə zəng edib

29.05.17 19:49 1076
Prezident İlham Əliyev Həsən Ruhaniyə zəng edib
Mayın 29-da Azərbaycan prezidentiİlham Əliyevİran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
APA-nın xəbərinə görə, dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran prezidentinə və xalqına təbriklərini çatdırıb, Həsən Ruhaniyə prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə edib.
Həsən Ruhanigöstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, xalqımıza firavanlıq diləklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhlükəsizlik məsələləri, Şimal-Cənub dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf edib və xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb. Bildirilib ki, prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra çox önəmli müqavilələr imzalanıb. Əldə edilmiş bütün razılaşmalar və imzalanmış sənədlər uğurla icra olunur.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.
banner

Oxşar Xəbərlər