Prezident İlham Əliyev Hacıqabulda pambıq tarlasında səpin prosesini izləyib
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.
APAxəbər verir ki, dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.