• cümə axşamı, 28 mart, 12:27
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev özbaşınalıq edən vəzifəli şəxsi cəzalandırıb

01.07.17 16:34 1826
Prezident İlham Əliyev özbaşınalıq edən vəzifəli şəxsi cəzalandırıb
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisiƏli HəsənovBakı şəhərinin "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.
Ə. HəsənovAPA-ya açıqlamasında bildirib ki, hələ aprel ayında prezidentİlham Əliyev"Sovetski" adlanan ərazidə "Hacı Cavad" məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.
"Komissiyanın qənaətinə uyğun olaraq, prezidentİlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra "Hacı Cavad" məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib", - deyə Ə. Həsənov qeyd edib.
Ə.Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb: "Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış "Hacı Cavad" məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezidentİlham Əliyevməsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib".
Ə. Həsənov diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev artıq tutduğu vəzifədən azad edilib.
banner

Oxşar Xəbərlər