• çərşənbə axşamı, 16 aprel, 19:46
  • Baku Bakı 18°C

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

27.11.17 13:30 1872
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan prezidentiİlham ƏliyevGürcüstan prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, xeyli insan yaralanıb.
banner

Oxşar Xəbərlər