• şənbə, 20 Aprel, 17:43
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib

10.01.18 15:15 697
Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezidentİlham ƏliyevGürcüstanın Azərbaycanda ilk fövqəladə və səlahiyyətli səfiri Giorgi Çanturianın vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, G. Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib.G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.
1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.
Son illərdə G. Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir.
banner

Oxşar Xəbərlər