AZE | RUS | ENG |

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanda ilk fövqəladə və səlahiyyətli səfiri Giorgi Çanturianın vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 
 
Qeyd edək ki, G. Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib. G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.
 
1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.
 
Son illərdə G. Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6355
GBP 1 İngilis funt sterlinqi 2.2393
TRY 1 Türk lirəsi 0.2990
KWD 1 Küveyt dinarı 5.6110
SEK 1 İsveç kronu 0.1905
EUR 1 Avro 1.9649
CHF 1 İsveçrə frankı 1.7146
USD 1 ABŞ dolları 1.7000