Prezident İlham Əliyev görüşlər keçirib - Yenilənib
Azərbaycan prezidenti Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı R. Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirib.
Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Ölkəmizə İrəvandan gəldiklərini vurğulayan R. Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını deiyb. O, ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan R. Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğulayıb.
-------
14:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Malta Respublikasının Baş naziri Cozef Muskatı qəbul edib.
Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Baş nazir Cozef Muskatın ölkəmizə son səfərindən sonra əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını dedi.
Malta Respublikasının Baş naziri Cozef Muskat ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirdi.
Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.