• şənbə, 20 Aprel, 09:18
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev görüşlər keçirib

10.04.14 12:06 1099
Prezident İlham Əliyev görüşlər keçirib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvini qəbul edib.
Dövlətimizin başçısı Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbengegvinin ölkəmizdəki görüşlərinin məhsuldar keçəcəyinə və səfərin Azərbaycan ilə Zimbabve arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına inandığını bildirdi.
Nazir Simbaraşe Mumbengegvi Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.
Dövlətimizin başçısı Prezident Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zimbabve dövlətinin başçısına çatdırmağı xahiş etdi./trend/
X X X X
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.
NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru NATO-nun baş katibi Anders Foq Rasmussenin salamlarını dövlətimizin başçısına çatdırdı. NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd etdi.
Sorin Dukaru bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramının 20 illik yubileyində və eləcə də "Sülh və Təhlükəsizlik naminə elm" proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.
Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladı.
Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Anders Foq Rasmussenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.
banner

Oxşar Xəbərlər