• şənbə, 20 Aprel, 03:56
  • Baku Bakı 15°C

Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib

20.08.17 12:30 1729
Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib
Bu gün Azərbaycan prezidentiİlham Əliyev"Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı müəssisə ilə tanış olub.

Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır. Müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezidentİlham Əliyevmüəssisəni işə salıb.
banner

Oxşar Xəbərlər