• çərşənbə axşamı, 23 aprel, 21:21
  • Baku Bakı 20°C

Prezident İlham Əliyev Fransaya rəsmi səfər edəcək

14.07.18 22:14 831
Prezident İlham Əliyev Fransaya rəsmi səfər edəcək
Prezident İlham Əliyev iyulun 20-də Fransaya rəsmi səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

Səfirin sözlərinə görə, səfər çərçivəsində Azərbaycan və Fransa prezidentləri arasında ilk rəsmi görüş olacaq.

"Bu görüş tərəfdaşlığımızın mükəmməliyini, ikitərəfli siyasi münasibətlərin gücünü nümayiş etdirməyə, o cümlədən, Fransanın Minsk Qrupunda fəallığını bir daha təsdiqləməyə imkan verəcək”, - deyə səfir bildirib.
banner

Oxşar Xəbərlər