• cümə, 19 Aprel, 22:52
  • Baku Bakı 24°C

Prezident İlham Əliyev Fransa Senatının sədri ilə görüşüb

14.03.17 17:16 618
Prezident İlham Əliyev Fransa Senatının sədri ilə görüşüb
Azərbaycan prezidentiİlham ƏliyevParisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

APA-nın xəbərinə görə,Senatın binasının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb.

Dövlət başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Fəxri qarovul dəstəsinin rəisi prezidentİlham Əliyevə raport verib.

Prezidentİlham Əliyevvə Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər.

Jerar Larşe Azərbaycan prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu deyib. O belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Azərbaycan prezidentiİlham Əliyevölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırlayıb.

Jerar Larşe 2014-cü ildə Senatda Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlayıb, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirib.

Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlanıb.

Prezidentİlham Əliyevmünaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırıb, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edib. Dövlət başçısı Azərbaycanda olan fransalı senatorlarınCəbrayılrayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğulayıb. Azərbaycan prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra prezidentİlham ƏliyevSenatın qızıl kitabını imzalayıb.
banner

Oxşar Xəbərlər