• cümə axşamı, 28 mart, 15:50
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev dünya səviyyəsində nüfuz sahibidir

27.12.18 14:21 551
Prezident İlham Əliyev dünya səviyyəsində nüfuz sahibidir
Rusiya Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.
Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Siz böyük bir nəslin nümayəndəsi və böyük taleli insansınız. Siz Azərbaycan Respublikasının xalqına xidmət etdiyiniz illər ərzində öz ata-babanızın işini davam etdirməyə və Azərbaycan dövlətinin müasir rəhbərinə çevrilməyə qadir olduğunuzu sübut etmiş, zəngin quruculuq təcrübəsi və həmvətənlərimizin etimadını qazanmısınız. Siz dünya səviyyəsində nüfuz sahibisiniz.
Dövlətlərimiz arasında strateji tərəfdaşlıq çərçivəsində Sizin Vladimir Vladimiroviç ilə birlikdə gördüyünüz işlər və Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Zati-alinizin sanballı şəxsi töhfəsi yüksək qiymətə layiqdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi rahatlıq, firavanlıq, doğmalarınızın və dostlarınızın daimi dəstəyini arzu edirəm. Qoy Heydər Əliyevin böyük xatirəsi və böyük irsi Sizin üçün və bütün Azərbaycan xalqı üçün yolgöstərən ulduz və müqəddəs dəyər olsun.
Sizə və məsləkdaşlarınıza həyat eşqi, məqsədyönlülük, gümrahlıq və müsbət enerji diləyirəm".
banner

Oxşar Xəbərlər