• cümə, 29 Mart, 16:22
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Davosda görüşlər keçirib

23.01.14 07:43 1196
Prezident İlham Əliyev Davosda görüşlər keçirib
****
Prezident İlham Əliyev Davosda İsrail prezidenti ilə görüşüb
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrailin prezidenti Şimon Peresin görüşü olub.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
****
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanda son vaxtlar gedən proseslər, iqtisadi inkişaf, qeyri-neft sektoruna göstərilən diqqət və əldə edilən nailiyyətlər, işsizliyin və yoxsulluğun aradan qaldırılması və korrupsiyaya qarşı mübarizədən məmnunluq bildirilib.
Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
****
Prezident İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
****
Prezident İlham Əliyev Davosda "Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşüb
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə "Holcim” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub, yeni sement zavodunun tikintisinin holdinq ilə ölkəmiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında qarşılıqlı investisiyaların əhəmiyyəti qeyd olunub, bunun iqtisadi əlaqələrimizin daha da genişlənməsinə töhfə verdiyi bildirilib.
Görüşdə əməkdaşlığın perspektivi barədə fikir mübadiləsi aparılıb.
****
Prezident İlham Əliyev Davosda "Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Fransanın "Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə "Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər