• cümə axşamı, 25 aprel, 01:01
  • Baku Bakı 19°C

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

22.01.18 20:34 570
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Azərbaycan prezidentiİlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

APA-nın məlumatına görə dövlətimizin başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.

Prezidentİlham ƏliyevBörge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilənBakı-Tbilisi-Qarsdəmir yolunun, həmçinin icrası başa çatmaqda olanTANAPlayihəsinin əhəmiyyəti vurğulanıb. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirilib.

Prezidentİlham ƏliyevErmənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər