• çərşənbə, 24 Aprel, 10:40
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi BMT TŞ qətnamələri çərçivəsində nizamlanmalıdır”

03.04.17 20:47 698
Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi BMT TŞ qətnamələri çərçivəsində nizamlanmalıdır”
"Bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb”.

Bu barədə Azərbaycan prezidentiİlham Əliyevaprelin 3-də Qazaxıstan prezidentiNursultan Nazarbayevilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edənBMTTəhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır.

"Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür”, deyə prezidentİlham Əliyevbildirib.
banner

Oxşar Xəbərlər