• şənbə, 20 Aprel, 03:07
  • Baku Bakı 15°C

Prezident İlham Əliyev daha bir avtomobil yolunun açılışını etdi

26.12.13 11:14 1439
Prezident İlham Əliyev daha bir avtomobil yolunun açılışını etdi
“APA-Economics”in məlumatına görə, əvvəlcə dövlət başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxıb.
Prezident yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir. Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılıb.
Prezident İ. Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
banner

Oxşar Xəbərlər