• cümə, 29 Mart, 06:03
  • Baku Bakı 5°C

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir

25.03.20 09:15 1345
Prezident İlham Əliyev: Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir
Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq.
AZƏRTACxəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

ƏTRAFLI
Bosch Mart Novruz
Dövlətimizin başçısı deyib: "Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun".
Martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyini söyləyən Prezident İlham Əliyev vətəndaşları buna əməl etməyə çağıraraq bildirib : "Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük".
banner

Oxşar Xəbərlər