• cümə, 19 Aprel, 23:09
  • Baku Bakı 24°C

“Biz 21-ci əsrin enerji tarixini yazırıq”

12.06.18 19:08 1853
“Biz 21-ci əsrin enerji tarixini yazırıq”
"Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda TürkiyəninRəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik".

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bunu Azərbaycan prezidentiİlham Əliyev Türkiyənin Əskişəhər şəhərindəTANAPlayihəsinin açılış mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: "Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir.TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir.TANAPkimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub.Bizim təşəbbüsümüzlə irəli sürüdən istənilən layihə həyatda əksini tapır. Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı yaxın vaxtda 20 milyard dollara çatacaq".

Dövlət başçısı deyib ki, Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı son illər bir çox danışıqlar aparılıb, layihələr irəli sürülüb: "Ancaq bunlar reallaşmayıb. Ona görə də Türkiyə və Azərbaycan qərara gəldi ki, birgəTANAPlayihəsini həyata keçirsin. 2011-ci ildə bununla bağlı Türkiyədə saziş imzaladıq.TANAPmürəkkəb layihədir, biz bunu birgə icra etdik.TANAP7 ölkəni birləşdirir, Cənub Qaz Dəhlizinin tərkibinin bir hissəsidir.
Cənub Qaz Dəhlizi 4 elementdən ibarətdir. Bura Şahdəniz-2, Cənub Qaz Dəhlizi,TANAPvə TAP daxildir. TAP-ın 72 faizi icra olunub. Əminəm ki, bu layihə də yaxında tam icra olunacaq. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Azərbaycan qazının qısa yolla və şaxələndirilmiş formada çatdırılmasını təmin edəcək.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu layihə vasitəsi ilə Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq. Cənub Qaz Dəhlizi yeni qaz mənbəyidir və enerji şaxələndlirilməsinə xidmət göstərir.SOCAR və BOTAŞTANAP-ın səhmdarlarıdır.Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatıdır.

Gələcəkdə 3 ölkə də tərəfdaşlarımız kimi layihədə iştirak edəcək. Biz Azərbaycan qazının Avropaya çatdırılması istiqmətində daha böyük işlər görməyə çalışmalıyıq”.
banner

Oxşar Xəbərlər