• çərşənbə axşamı, 19 mart, 14:17
  • Baku Bakı 8°C

Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

24.06.18 20:37 375
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
Azərbaycan prezidentiİlham Əliyeviyunun 24-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko ilə Moskvada görüşdüyünü məmnunluqla xatırladı və söhbət zamanı qarşılıqlı maraq doğuran məsəllər ətrafında fikir mübadiləsi aparıldığını deyib. Prezidentİlham ƏliyevAzərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu və tərəfdaşlıq əlaqələrinə söykəndiyini vurğulayaraq, əməkdaşlığımızın siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib və bunu xalqın dövlət başçısına verdiyi dəstəyin nümayişi kimi dəyərləndirib. O, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, prezidentİlham Əliyevə əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər