• cümə, 29 Mart, 05:04
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev BƏƏ Prezidentini, Dubay Əmirini və Əbu-Dabi Əmirliyinin vəliəhdini təbrik edib

01.12.18 19:11 460
Prezident İlham Əliyev BƏƏ Prezidentini, Dubay Əmirini və Əbu-Dabi Əmirliyinin vəliəhdini təbrik edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma da təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah arzulayıram".
Prezident İlham Əliyev eyni zamanda Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini şeyx Məhəmməd bin Zayed Al Nəhyanı da təbrik edib:
"Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm".
banner

Oxşar Xəbərlər