• cümə, 29 Mart, 05:36
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev Bayraq Meydanında olub, toplardan yaylım atəşi açılıb

18.04.18 11:42 514
Prezident İlham Əliyev Bayraq Meydanında olub, toplardan yaylım atəşi açılıb
Azərbaycan prezidentiİlham Əliyevvə ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.
APA-nın məlumatına görə, fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevə raport verib.
Dövlət başçısı əsgərləri salamlayıb. Azərbaycan Respublikasının dövlət himni səslənib.
Azərbaycan prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətbaşçısının qarşısından keçib.
Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər