• çərşənbə, 24 Aprel, 21:50
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev balaca oğlanın arzusunu yerinə yetirdi - Fotolar

30.04.18 16:03 991
Prezident İlham Əliyev balaca oğlanın arzusunu yerinə yetirdi - Fotolar
Prezident İlham Əliyev ağlayaraq dövlət başçısı ilə görüşmək istəyən balaca oğlanın arzusunu yerinə yetirib.
Trend-in məlumatına görə, bir müddət əvvəl sosial şəbəkələrdə ağlayan uşağın videosu populyarlıq qazanmışdı. Anası ağlamasının səbəbi ilə maraqlananda isə uşaq, Prezident İlham Əliyevin niyə gəlmədiyini soruşub. Sonra anası uşaqdan soruşur:
- Sən Prezident İlham Əliyevi həqitətən də belə sevirsən?
- Hə...
Videoçarxın qəhrəmanının arzusu Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi zamanı həyata keçib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri həmin uşaqla görüşüb və xoşbəxt balaca ilə xatirə fotoları çəkdiriblər.



banner

Oxşar Xəbərlər