• cümə axşamı, 25 aprel, 04:31
  • Baku Bakı 19°C

Prezident İlham Əliyev Bakıda məşhur fransalı futbolçu Robert Pireslə görüşüb

05.12.18 10:15 343
Prezident İlham Əliyev Bakıda məşhur fransalı futbolçu Robert Pireslə görüşüb
Azərbaycan Prezidentİlham Əliyevməşhur futbolçu, fransızRobert Piresləgörüşüb.
"Report” xəbər verir ki, görüş Bakı Ekspo MərkəzindəXXIVAzərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi -"Bakutel-2018”-dəbaş tutub.
Qeyd edək ki, sərgidə, ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında "RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.
Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub."Arsenal”komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
banner

Oxşar Xəbərlər