• cümə axşamı, 28 mart, 22:41
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir

26.08.18 00:10 1522
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir
Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur, onları icra etmir.
AZƏRTACxəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Almaniya kanslerinə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdiyini bildirən dövlətimizin başçısı deyib: "Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.
banner

Oxşar Xəbərlər