• cümə axşamı, 18 aprel, 12:54
  • Baku Bakı 22°C

Prezident İlham Əliyev: Azərbaycanın əhalisi artdıqca gücü də artır

01.01.20 19:33 759
Prezident İlham Əliyev: Azərbaycanın əhalisi artdıqca gücü də artır
Bu il 10 milyonuncu vətəndaş dünyaya gəldi. Bu da böyük tarixi hadisədir.
Trend-in verdiyi məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev müstəqillik dövründə ölkə əhalisinin 3 milyondan çox artdığını qeyd edib.
Dövlətimizin başçısı deyib: "Bu, bizim həm gücümüzü, həm də məsuliyyətimizi artırır. Çünki artan əhali böyük üstünlükdür, eyni zamanda, iqtisadi artım artan əhalini daim qabaqlamalıdır. Artan əhali o deməkdir ki, yeni məktəblər, yeni uşaq bağçaları, yeni xəstəxanalar tikilməlidir, yeni iş yerləri yaradılmalıdır. Beləliklə, Azərbaycanın əhalisi artdıqca gücü də artır. Bu il dünyaya gələn gözəl Mehriban balamız bizim hamımızı sevindirdi. Allah onu xoşbəxt eləsin, Allah bütün uşaqlarımızı xoşbəxt eləsin, Allah bütün balalarımızı qorusun”.
banner

Oxşar Xəbərlər