• şənbə, 20 Aprel, 00:01
  • Baku Bakı 15°C

Prezident İlham Əliyev: Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır

10.07.18 12:50 335
Prezident İlham Əliyev: Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır
Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır.
AZƏRTACxəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Keçən il Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, Ələt limanının fəaliyyətə başlamasını xatırladan dövlət başçısı gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcminin artacağını söyləyib. "Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaq. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər”, - deyə Prezident sahibkarlara müraciət edib.
banner

Oxşar Xəbərlər