• çərşənbə axşamı, 16 aprel, 12:26
  • Baku Bakı 19°C

İlham Əliyev: Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini dəyərli mexanizm hesab edir

01.12.17 10:10 3203
İlham Əliyev: Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini dəyərli mexanizm hesab edir
Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini dəyərli mexanizm hesab edir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan 2012-ci ildə Prosesə qoşulduğu andan bu çoxtərəfli platformada fəal iştirak edir.
İlham Əliyev bildirib ki, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamağın əsas yer tutduğu beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət edilməsi regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinin əsas təməlidir.
banner

Oxşar Xəbərlər