• çərşənbə, 24 Aprel, 21:37
  • Baku Bakı 23°C

"Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib və bunu davam etdirəcək" - Yenilənib

01.12.17 17:50 2495
"Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib və bunu davam etdirəcək" - Yenilənib
Dünən Bakıda"Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci Nazirlər Konfransı keçirilib. İclasın açılışında Azərbaycan prezidentiİlham Əliyevvə Əfqanıstan prezidenti Əşrəf Qani iştirak edib.

Konfransa Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan və İran xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavini, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçininBMTBaş katibinin Əfqanıstan üzrə və Orta Asiya üzrə xüsusi nümayəndələri qatılıb.

İstanbul prosesini dəstəkləyən dövlətlər olaraq, Böyük Britaniya baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniya və Norveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri də konfransda iştirak ediblər. Eyni zamanda, tədbirə İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilatlar olaraqAvropa İttifaqıadından Estoniyanın xarici işlər naziri,NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Şurasının baş katibləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransının icraçı direktor müavini, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavininin və digər beynəlxalq təsisatların təmsilçiləri qatılıblar.
Prezident İlham Əliyev konfransda çıxış edib. Dövlət başçısı bildirib ki, Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesini dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, "Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb".
Prezident xatırladıb ki, Azərbaycan ərazilərinin 1/5-i işğal olunub, Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib. Dövlət başçısı deyib ki,ATƏTiki dəfə işğal olunmuş ərazilərə missiya göndərib: "Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar.Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".

Prezidentİlham Əliyevqeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi ümumən regionda təhlükəsizliyə xidmət edəcək: "Biz Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinə də cavab verməliyik. Azərbaycan Əfqanıstanla təcrübəsini ikitərəfli müstəvidə də paylaşmağa hazırdır. Biz öz silahlı qüvvələrimiz, təlimlər vasitəsi ilə də Əfqanıstana dəstək oluruq. Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək".
Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstan üçün müxtəlif imkanların yaradılmasından məmnundur: "Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir. "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” tədbiri iki məsələ üzrə əməkdaşlığa xidmət edəcək. Biz inanırıq ki, Əfqanıstan regionda ticarət və nəqliyyat layihələrində mühüm rol oynayacaq. Əfqanıstanın 2018-2025-ci illərdə qarşıya qoyduğu məqsədlərə çatacağına inanırıq. Biz Əfqanıstana töhfə verməyə hazırıq. Dost və qardaş Əfqanıstana firavan və xoşbəxt gələcək arzulayıram".
Əfqanıstan prezidenti Əşrəf Qəni çıxışında Azərbaycan xalqına və prezidentinə yüksək səviyyədə qəbula görə təşəkkür edib. O bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk: "Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq.

Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm".
Ə.Qani qeyd edib ki, ABŞ Əfqanıstana terrorla mübarizədə dəstək verir. Bu, onu göstərir ki, "Taliban” terror təşkilatının gələcəyi yoxdur və məğlub olacaq. O bildirib ki, uzun müddət transmilli qüvvələr bəzi dövlətlər üzərində hökmranlıq etmək üçün müxtəlif vasitələrdən istifadə edib: "Biz bu problemin həlli üçünyorulmadan çalışır, Əfqanıstanı Asiyanın qəlbi,bu qitəniniqtisadi qapısına çevirmək üçün irəliləyirik”.
Terrorun beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayan Əşrəf Qəni deyib ki,bu, yalnız Əfqanıstanın problemi deyil: "Bu, dövlətlərin birləşməsi üçün əsas şərtdir. Son vaxtlarda İŞİD-in Əfqanıstanda da yayılmasının qarşısı alınır. Doqquz əyalət İŞİD-in işğalından azad olunub. Bu sahədə səylər artırılmalıdır. Tərəfləri regionda daha çox tərəfdaşlığa çağırırıq".
Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovbildirib ki, Azərbaycan uzun müddətdir, qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. Nazir qeyd edib ki, Azərbaycan sülhə önəm verir: "Münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyirik".
O bildirib ki, Azərbaycan müxtəlif platformalarda Əfqanıstana dəstək verməyə davam edəcək: "Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər. Azərbaycan elektron hökumət, dövlət xidmətlərinin möhkəmlənməsi və informasiya-kommunikasiya texnologiyaları sahələrində Əfqanıstan üçün təlimlər təşkil edib.Bakı-Tbilisi-Qarsdəmir yolu xəttinin açılması və "Lyapis Lazur" xəttinin istifadəyə verilməsi bu regionda yüklərin daha sürətlə daşınmasına yol açır. "Lyapis Lazur" sazişi yalnız Əfqanıstanı Avropa bazarına yaxınlaşdırmayacaq, həm də beynəlxalq əməkdaşlığa xidmət edəcək".
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib ki, effektiv regional əməkdaşlıq qardaş Əfqanıstanda sabitlik və sülhü təmin etmək üçün əsas şərtdir: "Biz güclərimizi birləşdirərək Əfqanıstana dəstək niyyətimizi 7 il öncə bəyan etmişik. İstanbul prosesi dərin köklərə malikdir. Lakin deyə bilmərik ki, siyasi dialoq istənilən səviyyədədir. Biz ortaq maraqları təşviq etməliyik. Terrorizm, illeqallaşma, narkotiklərin qanunsuz daşınması hər bir ölkə üçün təhdiddir. Region ölkələri olaraq daim dialoqu təşkil etməliyik”.

Nazir qeyd edib ki, Türkiyə Əfqanıstanla prioritet sahələrdə əməkdaşlıq etməyə hazırdır: "Biz Əfqanıstanı qonşuları ilə əməkdaşlıq etməyə hazır ölkə kimi görürük. Biz Əfqanıstana dəstəyimizi davam etdirəcəyik”.
BMTbaş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Jan Kubis deyib ki, ilk gündən etibarən bu proses regional əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır vəBMTbu prosesin tərkib hissəsi olmaqdan məmnundur: "Ancaq hələ də terrorizm, ekstremizm, qeyri-qanuni narkotik daşınması kimi əhəmiyyətli problemlər qalmaqdadır və həlli üçün yüksək əməkdaşlıq şəkilində səylər tələb olunur. Regional səviyyədə keçirilən bu proses qlobal əhəmiyyətlidirvə düşünürəm ki, bu proses regionda sülhün bərpası, iqtisadi inkişafa xidmət edəcək. Bu proses sayəsində regionda sabit mühit yaradacağıq".
Əfqanıstanın xarici işlər naziriSalahuddin Rabbaninövbəti konfransın gələn il Türkiyədə keçiriləcəyini qeyd edib: "İstanbul prosesi2011-ci ildən başlayıb. Bunun məqsədiƏfqanıstanda və Asiyada sülhü təşviq etmək üçün öhdəliyimizi müəyyənləşdirməkdir. Bu proses daha geniş regional əməkdaşlığa imkan yaradır. Proses Əfqanıstan və regionda terror və digər təhdidlərlə mübarizə aparmağa kömək edəcək. Biz regionun inkişafına yol açacaq dəmiryol layihələrinin salınması və ticarət əlaqələrinin artırılmasını alqışlayırıq".
O bildirib ki, hazırda Əfqanıstan Özbəkistan, Qazaxıstan, Pakistan və İranı Çinlə birləşdirməyə çalışır: "Bu "Lyapis lazur" yoludur. Bu əməkdaşlıqhavayolunun inkişafına da xidmət edəcək. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Gürcüstan yeni dəmir yolu xəttinin açılışını etdi. Bu, daha böyük əməkdaşlığa xidmək edəcək".
İranın xarici işlər naziriMəhəmməd Cavad Zərif bildirib ki, Əfqanıstan son illərdə bır sıra nailiyyətlər əldə edib: "Lakin xarici qüvvələrin, İŞİD-in təhdidi ilə üzləşib. İŞİD təhlükəli niyyətlərə malikdir. Bu isə bizim birgə səylərimizi tələb edir. Bu problemin həlli ölkələrin birdə səyləri nəticəsində mümkündür. Münaqişə hərbi yolla həll oluna bilməz. Müfəssəl və inklüziv strategiya lazımdır. İnklüziv strategiya olmasa, davamlı sülhə nail olmaq mümkün deyil. Çalışmalıyıq ki, Əfqanıstanda sülhə nail olunsun”.

Zərif əlavə edib ki, İran Əfqanıstanla narkotiklərin Avropaya daşınmasının qarşısının alınmasında əməkdaşlıq edir: "Çalışmalıyıq ki, problemi kökündə həll edək. Əhalimizi bu ölümcül maddələrin qurbanı olmaqdan qoruyaq. Bunun üçün həm də Əfqanıstanın iqtisadi potensialını genişləndirməliyik. Hazırda malların İran vasitəsi ilə daşınması və Çabahar limanına çatdırılması istiqamətində işlər gedir. Həmçinin dəmiryollarının inkişafına dair təşəbbüslər də var. Bu, Əfqanıstanın beynəlxalq limanlara çıxışını artıracaq. İran Əfqanıstanın yanındadır və sabit Əfqanıstanın qurulmasında bu ölkəni dəstəkləyir”.
Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif qeyd edib ki, ölkəsi bu probleminhəlli üçün bütün təşəbbüslərə dəstək verəcək: "Əsas məsələ nəzarətsiz ərazilər üzərində nəzarətin gücləndirilməsidir. Bu ərazilərin nəzarətsiz qalması qonşu ölkələrə təhlükə törədir. Terror qrupları region ölkələr üçün ciddi problemdir".

O bildirib ki, Pakistan həmişə Əfqanıstana dəstək verir: "Əfqanıstandan narkotiklərin qanunsuz daşınması davamlı sülhə mane olan ən mühüm problemdir. "Taliban”la siyasi dialoq İŞİD-lə mübarizədə kömək edəcək".
Hindistanın xarici işlər üzrə dövlət naziriMobaşar Caved Akbar deyib ki, Əfqanıstandakı böhran sülh yolu ilə həll olunmalıdır: "Bizim əsas məqsədimiz Əfqanıstanda sabit gələcək qurmaqdır. Terrorla mübarizə üçün iqisadi imkanları artırmalıyıq. Sərhədlərdə maneələrin qaldırılması buna xidmət edəcək. Tranzit və nəqliyyat sazişləri regional əməkdaşlıq prosesinə qatılmağa kömək edəcək".
banner

Oxşar Xəbərlər