• cümə axşamı, 25 aprel, 04:52
  • Baku Bakı 19°C

Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

17.05.19 15:36 467
Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin; Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.
Mədəniyyət Nazirliyinə tapşırılır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin; Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
banner

Oxşar Xəbərlər