• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

14.02.18 10:50 494
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə Syu Saarnioya minnətdarlığını bildirərək, ABŞ-ın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının layihənin icrası baxımından önəmini vurğulayıb.

Prezidentİlham Əliyev"Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı bu layihənin yaxın zamanlarda reallaşacağından məmnunluğunu ifadə edərək Məşvərət Şurasının sabah keçiriləcək iclasının görülən işlər və qarşıda duran planların müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Layihə üzrə işlərin cədvələ uyğun getdiyini deyən dövlət başçısı bütün bunları layihəyə cəlb olunmuş ölkələrin hökumətlərinin, şirkətlərinin, maliyyə institutlarının birgə səylərinin nəticəsi kimi dəyərləndirib.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio isə Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayıb. O, ABŞ prezidentinin, dövlət katibinin, ABŞ hökumətinin "Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğulayıb və bu layihənin başa çatmaqda olmasının önəmini qeyd edib.

Prezidentİlham Əliyevötən il Bakıda keçirilən Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgisinə ABŞ Prezidentinin təbrik məktubu göndərməsini məmnunluqla xatırlayaraq Birləşmiş Ştatların yeni administrasiyasının bu layihəyə dəstəyini yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər