• cümə axşamı, 28 mart, 14:23
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev Abdullah Gülü qəbul edib

11.04.17 14:38 842
Prezident İlham Əliyev Abdullah Gülü qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevTürkiyənin sabiq prezidentiAbdullah Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı A. Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

"Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir” deyən A. Gül Türkiyədə baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edib.

A. Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu deyib.

Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərinin Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən prezidentİlham Əliyevyüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.

Söhbət zamanı dövlət başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırıb.

banner

Oxşar Xəbərlər