• cümə axşamı, 25 aprel, 06:15
  • Baku Bakı 14°C

Prezident: "Hazırda biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının formatı üzərində işləyirik"

24.10.16 17:50 809
Prezident: "Hazırda biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının formatı üzərində işləyirik"
"İlin əvvəlində LondondaSuriyailə bağlı keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional, təhlükəsizlik məsələlərini, əməkdaşlıq, ticarətlə bağlı məsələlərlə əlaqədar geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə keçirilən geniş tərkibli görüşdən sonra mətbuat üçün bəyanatında deyib. O bildirib ki, əməkdaşlıq üçün möhkəm hüquqi baza var: "Üç il əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə imzaladıq. Bu, əsas sənəddir, sənədin adı onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaşlar və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir ki, əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var və sizin bugünkü səfəriniz bizim beynəlxalq təşkilatlar,BMT,ATƏT,Avropa Şurasıçərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir”.

Prezidentİlham ƏliyevXorvatiya prezidenti iləAvropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdiklərini söyləyib: "MənAvropa İttifaqıvə Azərbaycan arasında yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Azərbaycan və Avropa İttifaqının əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu potensialAvropa İttifaqı- Azərbaycan razılaşması üçün yaxşı əsasdır”.
banner

Oxşar Xəbərlər