• şənbə, 20 Aprel, 07:35
  • Baku Bakı 14°C

Prezident Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib

05.06.18 14:23 775
Prezident Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib
Prezidentİlham ƏliyevGoranboyda Bayraq Muzeyinin açılışında iştirak edib.
APA-nın xəbərinə görə, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Goranboy Bayraq Muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə 3 bölmə var.
Muzeydə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Bundan başqa, muzeyin eksponatları arasındaAzərbaycan Xalq Cümhuriyyətidövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.
banner

Oxşar Xəbərlər