• cümə axşamı, 25 aprel, 18:07
  • Baku Bakı 21°C

Prezident Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin edib

04.03.17 18:12 1066
Prezident Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin edib
Azərbaycan prezidentiİlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər FondununMüşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:
dövlət orqanlarından
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan RespublikasıMədəniyyət və Turizm NazirliyiAparatının rəhbəri
Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
gənclər təşkilatlarından
Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri
Seyidov Mirhəsən Mirheydər oğlu - "İrəli” İctimai Birliyinin sədri
Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri
banner

Oxşar Xəbərlər