• cümə axşamı, 25 aprel, 20:47
  • Baku Bakı 21°C

Prezident Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə olub

03.09.15 16:38 1373
Prezident Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə olub
Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
APA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, istedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə Azərbaycanda internat məktəbləri təşkil edilib. Onların yaradılmasında respublikamızın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçmək başlıca məqsəd kimi qarşıya qoyulub.
Bildirilib ki, bu məktəb üçün 1963-cü ildə bina inşa olunub. 1964-cü ildə 1 nömrəli internat məktəbinin bazasında 1 nömrəli fizika-riyaziyyat və kimya-biologiya təmayüllü internat məktəbi yaradılıb. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılıb. Bu bazada isə 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirib. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı ilə məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey adlandırılıb. Hazırda Lisey bu adla fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, təhsil ocağının binasında təmir və yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. Liseyin əsas binasında, yataqxana və yeməkxanasında yüksək standartlar tətbiq olunub. Bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.
Hazırda Liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır. Bu təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil ocağının məzunları arasında 300-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru var.
banner

Oxşar Xəbərlər